Professor Deyvid Cirad: Azərbaycan Cənubi Asiyada sabit siyasi sistemlərin qurulmasına nümunə ola bilər

ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbində "Xəzər hövzəsinin geosiyasəti" mövzusunda mühazirə təşkil olunmuşdur. "Enerji, resurslar və ətraf mühit" proqramı üzrə təhsil alan tələbələrin, habelə müəllimlərin iştirakı ilə keçirilən tədbirdə "OMV Gaz&Power", Nabukko Beynəlxalq Konsorsiumunun Xəzər hövzəsindəki nümayəndəsi Vulfgənq Sporrer və ABŞ-ın Corc Meyson Universitetinin tədqiqatçısı professor Rövşən İbrahimov Xəzər hövzəsinin qlobal enerji təhlükəsizliyində roluna dair fikirlərini bölüşmüşlər. Onlar Xəzər bölgəsindən Qərb bazarlarına enerji daşıyıcılarının nəqlindən danışaraq, Xəzər hövzəsinin təbii qazına tələbatın getdikcə artdığını vurğulamış, gündəlikdə duran boru kəməri layihələrinin üstün cəhətlərindən bəhs etmişlər. 
Sporrer bu layihələrin özəl sektor üçün iqtisadi cəhətdən cəlbedici olmasının zəruriliyini bildirmişdir. Professor İbrahimov isə bölgədəki geosiyasi reallıqları nəzərə alaraq təklif edilən kəmər layihələrinin ABŞ və Avropa İttifaqının daha çox siyasi dəstəyinə ehtiyacı olduğunu söyləmişdir. Mühazirə zamanı Azərbaycanın Cənub dəhlizi ilə bağlı mövqeyi, təbii qaz hasilatı və nəqlində imkanları da təhlil edilmişdir. Mühazirədən sonra tələbə və müəllimlərin çoxsaylı sualları cavablandırılmışdır. "Enerji, resurslar və ətraf mühit" proqramının direktoru, ABŞ-ın energetika nazirinin beynəlxalq enerji siyasəti üzrə sabiq müavini, professor Deyvid Cirad maraqlı mövzunu tələbələrlə geniş müzakirə etmək imkanı verən mühazirənin təşkilində Cons Hopkins Universitetinin azərbaycanlı tələbəsi Leyla Məmmədliyə minnətdarlığını bildirmişdir.
Deyvid Cirad demişdir: "ABŞ-ın xarici siyasət prioritetlərinin İraq, Əfqanıstan və Pakistana keçdiyi bir mərhələdə biz, bu bölgədə sabit siyasi sistemlərin qurulması üçün Cənubi Asiyanın Mərkəzi Asiya və Xəzərlə iqtisadi cəhətdən daha çox bağlılığını görmək istəyirik. 1990-cı illərdə Klinton hakimiyyəti zamanı iqtisadi layihələrlə Xəzər hövzəsini Avropaya bağladığımız kimi, indi eyni layihələri şərqdə və cənubda araşdırırıq. Bu mənada Azərbaycanın böyük təcrübəsi vardır. Düşünürəm ki, Vaşinqton Azərbaycanın siyasi və iqtisadi cəhətdən Cənubi Asiya ilə inteqrasiyasına müsbət baxır. İqtisadi imkanların artırılması sabit siyasi sistemlərin qurulmasına yardım edər və gələcək siyasi perspektivləri genişləndirərdi. Azərbaycan bu baxımdan nümunə ola bilər".

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında