E.Aslanov: Ölkə rəhbərliyinin əsas məqsədi "qara qızıl"ı intellektual kapitala çevirməkdir

İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə "İKT modeli - Beynəlxalq təhsil layihəsi"nin ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin həm regional, həm də beynəlxalq müstəvidə vacib amilə çevrildiyini bir daha göstərir. "İKT modeli"nin "BMT modeli"nə uyğun olaraq həyata keçirilməsi beynəlxalq münasibətlər üzrə tədris sisteminin təkmilləşdirilməsinə və iştirakçıların yeni beynəlxalq münasibətlər sistemi haqqında müasir nəzəriyyələr ilə tanış olmasına gətirib çıxaracaqdır. 
Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "İKT modeli - Beynəlxalq təhsil layihəsi"nin təqdimat mərasimində jurnalistlərə bildirmişdir.
Şöbə müdiri qeyd etmişdir ki, tədbir çərçivəsində ölkəmizə xaricdən gələn bir çox alimlər, beynəlxalq münasibətlər üzrə mütəxəssislər azərbaycanlı gənclərlə birbaşa ünsiyyətdə olacaqlar. Digər tərəfdən, onlar Azərbaycanı tanıyacaq, ölkəmizin regionda və beynəlxalq müstəvidə rolu barədə daha ətraflı məlumatlar əldə edəcəklər.
Azərbaycanın həm geoiqtisadi, həm geosiyasi formatda yeni bir məkana çevrilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayan E.Aslanov bildirmişdir ki, ölkə rəhbərliyinin əsas məqsədi "qara qızıl"ı intellektual kapitala çevirməkdir. Bu istiqamətdə görülən işlər nəticəsində bu gün minlərlə azərbaycanlı gənc xaricdə təhsil alır. Bir müddət əvvəl Strasburqda keçirilmiş xaricdə təhsil almış tələbə və məzunların forumu və orada 25 ölkədən 250 gəncin iştirak etməsi bir daha onu göstərir ki, bu istiqamətdə çox uğurlu və səmərəli işlər aparılmaqdadır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında