Xarici vətəndaşlar Azərbaycana giriş-çıxışla bağlı məlumatı elektron qaydada öyrənirlər

İyunun 8-dən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı ölkəmizin ərazisinə girişlərinə və ölkəmizdən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənirlər.

Artıq Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi saytının (www.migration.gov.az) “Elektron xidmətlər” pəncərəsinə daxil olaraq “Ölkəyə gəliş və ölkədən gedişə məhdudiyyəti yoxla” bölməsini seçib, şəxsin adını, soyadını, doğum tarixini, pasportunun və ya digər sərhədkeçmə sənədinin nömrəsini və vətəndaşlığını daxil edib axtar düyməsini sıxmaqla bu barədə məlumat ala bilirlər.

Yeniliyin məqsədi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş və ölkədən çıxışları ilə bağlı rahatlıqlarının təmin edilməsinə və şəffaflığın artırılmasına xidmət edir.

DMX xidmət istifadəçilərinin məmnunluğunun artırılması və müasir innovasiyaların tətbiqi baxımından müvafiq tədbirləri davam etdirir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında