Dövlət Taxıl Fonduna buğda tədarükü başlanıb

Azərbaycanda ərzaq təhlükəsizliyi və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmini dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biridir.

Bu sözləri Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov taxılın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Z.Məmmədov bildirib ki, hər il olduğu kimi, bu il də Azərbaycanda ərzaqlıq buğda biçininin başlanması ilə əlaqədar dövlət taxıl ehtiyatlarının yaradılması üçün  yüksəkkeyfiyyətli buğdanın tədarükünə başlanıb. Hazırda ölkə üzrə bu sahədə 4 aqropark fəaliyyət göstərir. Eyni zamanda, 119 min hektar sahədə əkin aparılıb.

İdarə rəisi həmçinin vurğulayıb ki, Azərbaycan bərk buğdanın vətəni hesab edilir və yüksək ixrac potensialına malikdir: “Lakin bir çox fermerlər bu sahəyə ciddi maraq göstərmirlər. Halbuki buğdanın bu sortuna ölkəmizdə də böyük ehtiyac var”.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında