“Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə güləkmə aksiyası keçirilmişdir

Bu il 45-ci ildönümü qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhərindəki Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbin həyətində güləkmə aksiyası keçirilmişdir. 

Tədbirdə «Azərikimya» İB-nin baş ofisinin, Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi şəhər şöbəsinin və Sumqayıt şəhər Gənclər təşkilatının nümayəndələri iştirak etmişdir. 

Aksiya öncəsi çıxış edənlər bildirmişlər ki, elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı hələ XX əsrin ortalarında ətraf mühitə mənfi təsir göstərməyə başlamışdı. Bu problemin ciddiliyi nəzərə alınaraq 1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi 5 iyun tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü kimi qeyd olunmasına qərar vermişdir. Həmin günün hər il geniş tədbirlərlə qeyd edildiyi respublikamızda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Olkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan, məktəblilərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi daşıyan belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir. 

Aksiyada məktəbin xüsusi olaraq bu məqsəd üçün ayrılmış ərazilərində 1200 ədəd müxtəlif növ gül və bəzək kolları əkilmişdir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında