Şamaxı adət-ənənələrimizə sədaqətlə yanaşır

Yurdumuza yaz gəldi... baharın mülayim, ilıq nəfəsi təbiəti rövnəqləndirdiyi kimi, könüllərə də xoş əhval-ruhiyyə, yaşam eşqi gətirdi. Ölkəmiz baharın simvolu sayılan Novruz bayramını, necə deyərlər, adına yaraşan bir şəkildə - təmtəraqla qeyd etdi. Bütün bölgələr baharın gəlişinə "xoş gəldin" dedi. Doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Şamaxı ilin bütün fəsillərində gözəldir, əsrarəngizdir. 
... Əlbəttə, Şamaxı haqqında istənilən qədər lirik düşüncəyə də dalmaq olar, bəs deyincə bənzərliklər axtarmaq da. Ancaq bütün bunları, nağıllarda deyildiyi kimi, sonrakı vaxtlara saxlayıb, - Novruz bayramının qeyd edilməsindən on gün keçsə də - Şamaxıda keçirilən bayram tədbiri barədə təəssüratlarımı qısaca da olsa bölüşmək ehtiyacı duydum.
... Şamaxıda adamı gözəlliyi ilə heyran eləyən, ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsinin ucaldığı, doğrudan da, bu dahi şəxsiyyətin adına layiq bir park var. Buranı mədəniyyət və istirahət mərkəzi adlandırmaq da mümkündür. Çünki şamaxılılar böyük həvəslə bu gözəl guşəyə gəlirlər, asudə vaxtlarını səmərəli keçirirlər.
İlin bütün fəsillərində burada adam olur. Bu dəfəki bayram tədbirin fərqləndirən əsas cəhət adamların daha çox maraq göstərməsi idi. Sözün əsl mənasında "insan seli"nin izlədiyi bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov xalqımızın ən qədim bayramlarından sayılan Novruz bayramının yenidən həyata "vəsiqə" qazanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırlatdı, dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Şamaxıya göstərdikləri diqqət və qayğını xüsusi minnətdarlıqla qeyd etdi. Son illər rayonun sosial-iqtisadi inkişafının ürəkaçan səviyyədə olduğunu deyən rayon rəhbəri vurğuladı ki, dövlət başçısının xüsusi münasibəti yeni-yeni nailiyyətlərin qazanılmasına əsas verir.
Daha sonra bayram tonqalı yandırıldı, maraqlı və rəngarəng bayram kompozisiyası nümayiş etdirildi. Saatlarla davam edən tədbirin bayram iştirakçılarında yaratdığı əhval-ruhiyyə daha gözəl gələcəkdən xəbər verirdi.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında