Balakəndə yeni körpü istifadəyə verilib

Bu gözəlliklər diyarında demək olar ki, hər gün bir yeniliklə qarşılaşırsan. Ya yeni bağlar salınır və yaxud digər sosial obyektlər istifadəyə verilir, ya da şəhərə, kəndlərə yaraşıq verən yollar çəkilir. Ona görə də kimi dindirsən fəxrlə, sevinclə danışır. Deyir ki, Balakən günbəgün yox, saatbasaat dəyişir.
Şərif kəndi ilə Xalatala kəndi arasında əhalinin gediş-gəlişini asanlaşdırmaq üçün inşa olunan yeni körpünün açılışına xeyli balakənli toplaşmışdı. Şərif Bələdiyyəsinin vəsaiti hesabına tikilən körpünün eni 6, uzunluğu isə 14 metrdir. Açılışında iştirak edən Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək son vaxtlar Balakəndə görülən işlərdən danışdı, ölkə başçısı cənab İlham Əliyevin Balakənə, balakənlilərə diqqətindən söhbət açdı. Daha sonra bildirdi ki, gediş-gəlişi asanlaşdıran belə körpülərin tikilməsi əhalinin böyük sevincinə və həyat səviyyələrinin yaxşılaşmasına səbəb olacaqdır. Natiq xüsusi vurğuladı ki, "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" sözlərinin müəllifi olan ümummilli liderimiz Heydər Əliyev məhz bu sahəyə həmişə xüsusi diqqət göstərib. Bu gün də həmin ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Açılışda kənd ağsaqqalı Ömər Tinayev çıxış edərək onlara göstərilən bu diqqət və qayğı üçün ölkə prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə kənd camaatı adından öz dərin minnətdarlığını bildirdi.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında