Rusiyada yaşayan azərbaycanlı gənclər müxalifətin ölkəmizdə sabitliyi pozmaq cəhdlərini pisləyirlər

Rusiyada yaşayan azərbaycanlı gənclər radikal müxalifətin Azərbaycanda sabitliyi pozmaq cəhdlərini pisləyirlər və əmindirlər ki, aprelin 2-də keçirilməsi planlaşdırılan etiraz aksiyası baş tutmayacaqdır. Bu fikri Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Nəzarət-Təftiş Komissiyasının üzvü Samir Əliyev söyləmişdir.
Onun sözlərinə görə, planlaşdırılmış etiraz aksiyası növbəti məzhəkədən başqa bir şey olmayacaqdır. Tələbə gəncləri təmsil edən S.Əliyev demişdir: "Hamıya yaxşı məlumdur ki, əhalinin əksəriyyəti özlərini müxalifət adlandıran bu qüvvələri dəstəkləmir və onların ideyaları, xüsusilə gənclər arasında, əsla populyar deyildir. O qeyd etmişdir ki, doğma Vətənin hüdudlarından kənarda yaşayan Azərbaycan gəncləri ölkənin indiki hakimiyyətinin siyasətini dəstəkləyir və radikal ideyaları, qərəzli çağırışları qətiyyətlə pisləyirlər.
RAGT sədri deyir: "Ölkədə aparılan islahatlar, iqtisadi sahədə qazanılan uğurlar və Azərbaycanda həyatın keyfiyyəti əyani şəkildə göstərir ki, Azərbaycan böyük perspektivi və çox gözəl gələcəyi olan, inkişaf etmiş dövlətdir".
Samir Əliyev demişdir: "Rusiyada yaşayan azərbaycanlı gənclər ölkəmizdə bütün hadisələri diqqətlə izləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi ümummilli məsələlərin həlli üçün daha sıx birləşmək əvəzinə ölkədə süni gərginlik yaratmağa, sabitliyi pozmağa çalışan müxalifət qüvvələrini qınayırlar. Rusiyada yaşayan azərbaycanlı gənclərin əksəriyyəti öz ölkəsinin siyasətini, Prezident İlham Əliyevin Azərbaycanda sabitliyi təmin edən və yalnız milli maraqlara əsaslanan siyasi xəttini dəstəkləyir".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında