Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olmuşdur

Martın 31-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq bildirmişdir ki, fiziki və hüquqi şəxslər qanunla qorunan hüquq və azadlıqlarını, digər pozulmuş hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada məhkəmə qərarı ilə yol verilir. Ərizənin icraata qəbul edilməsi, işin məhkəmə baxışına hazırlanması mərhələlərində onun baxılmamış saxlanılması qanunla qadağandır.
Məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini şərh edən Ali Məhkəmənin sədri vurğulamışdır ki, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsində təsbit olunmuş "ədalətli məhkəmə hüququ" özündə işə müəyyən müddətdə baxılması, əsassız yubanmalara və süründürməçiliyə yol verilməməsi tələblərini də nəzərdə tutur.
Plenumda "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" məsələ geniş müzakirə edilmişdir.
Müəyyən olunmuşdur ki, ərizənin baxılmamış saxlanılması ilə əlaqədar məhkəmələr Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən olunmuş normaları əsasən düzgün tətbiq edirlər. Bununla belə məhkəmələr tərəfindən ərizənin baxılmamış saxlanılması ilə əlaqədar vətəndaşların və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində müəyyən xarakterli nöqsanlara yol verilməsi hallarına təsadüf edilir.
Plenumda ərizənin baxılmamış saxlanılması ilə əlaqədar qanunvericilik normalarının düzgün və eyni cür tətbiq edilməsini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə məhkəmələrə müvafiq tövsiyələr verilməsi barədə qərar qəbul olunmuşdur. Plenumda konkret mülki işlərə də baxılmışdır.
Plenum baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında