“Şəbəkə layihəsi poçt sahəsində atılan unikal addımdır”

mincom.gov.az saytında verilən xəbərə görə, Polşa poçtunun vitse-prezidenti və İdarə Heyətinin üzvü Vieslav Vlodekin rəhbərlik etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də olublar.

 

“Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev qonaqlara Azərbaycanda poçt sahəsində həyata keçirilən işlər və reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələr barədə məlumat verib.

O, xüsusilə vahid məkanda poçt və telekommunikasiya xidmətləri təqdim edən “Şəbəkə” layihəsi, itirilən sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən “Poçtap” xidməti və Azərbaycanı regional tranzit poçtdaşıma mərkəzinə çevirən “HUB” layihəsi ilə bağlı nümayəndə heyətini məlumatlandırıb. Bildirib ki, Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması, eləcə də Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb...

“ Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır və yaxın zamanlarda daha iri həcmlərdə e-ticarət məhsullarının Azərbaycan üzərindən xarici ölkələrə daşınması və çatdırılması planlaşdırılır” - deyə baş direktor qeyd edib.

Polşa poçtunun nümayəndələri Azərbaycan poçtu ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Sonra qonaqlar “Şəbəkə” xidmət mərkəzində yaradılan şəraitlə tanış olublar. Polşa poçtunun Beynəlxalq əlaqələrin inkişafı və strategiyası şöbəsinin direktoru Krjiştof Qorski “Şəbəkə” layihəsini poçt sahəsində atılan unikal addım adlandırıb.

Qeyd edək ki, 460 il bundan əvvəl yaradılan Polşa milli poçt operatoru “Poczta Polska” Ümumdünya Poçt İttifaqının üzvü olan 192 ölkə arasında fəaliyyət tarixinə və inkişafına görə ilk 10-luqda yer alır.

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında