Rayon rəhbəri Daşbulaq ağsaqqallarının xahişini üç həftəyə həll etdi…

Bu görüş üç həftə əvvəl, mayın 16-da olmuşdu. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirin Daşbulaq kəndinə gəlmişdi. Həmişəki kimi bu səyyar görüş də böyük maraq doğurmuşdu. Təsadüfi deyildi ki, görüşə xeyli adam toplaşmışdı.

Daşbulaq kəndinin ağsaqqalları Prezident İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan ağızdolusu danışdılar, öz razılıqlarını bildirdilər. Dedilər ki, cənab Prezidentin uğurlu və məqsədyönlü işinin nəticəsidir ki, Daşbulaq fasiləsiz işıq, qaz və su ilə təmin olunur. Ağsaqqallar bir məsələni də  vurğuladılar ki, ötən il rayon rəhbərinin kəndə səfərindən sonra yollar da xeyli düzəldi. Amma dağ kəndi olduğundan yağıntılar kəndə gələn yolda gediş-gəliş üçün yenidən problem yaradıb. Ona görə də yeganə istəkləri həmin yolun yenidən təmir edilməsidir.

Alimpaşa Məmmədov sakinlərə kəndə gələn yolun qısa zamanda təmir ediləcəyinə söz verdi.

Ertəsi gün lazım olan texnikanın və işçi qüvvəsinin kənddə görünməsi daşbulaqlıların həm sevincinə, həm də təəccübünə səbəb oldu. Ağsaqqallar bir birinə «yəni bu qədər tez?» deyib gözaydınlıq verirdilər.

İndi budur, artıq Daşbulaq kəndinə gedən yolda təmir işləri başa çatıb, yol hazırdır!

Kənd sakinləri onlara cəmi üç həftə ərzində belə bir yol çəkdiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə bu məsələ ilə bağlı müxbirimizlə söhbətində aşağıdakıları dedi:

-Rayon icra hakimiyyətinin başçısı əhalinin xidmətində durmağı özünün şərəf işi saymalıdır. Əslində biz hamımız icraçılarıq. Bütün işlər ölkə Prezidenti cənab İlham Əliyevin köməyi və qayğısı sayəsində baş verir. Bu diqqət, bu qayğı olmasaydı heç nə edə bilməzdik. Elə daşbulaqlıların yolu da bu qayğının kiçik də olsa bir təzahürüdür.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

        

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında