Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişafında mətbuat mühüm rol oynayır

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Yavuz Bayram Maraş "İki sahil" qəzetinin redaksiyasında olmuşdur. 
Qəzetin redaksiyasından bildirmişlər ki, Y.B.Maraş tarixi köklərə malik olan Azərbaycan və Türkiyə arasındakı əlaqələrin bu gün bütün sahələr üzrə uğurla inkişaf etdiyindən danışmışdır. Bildirmişdir ki, bu dostluq ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamlarına əsaslanır. Hazırda bu siyasət uğurla davam etdirilir.
Ölkələrimiz arasında əməkdaşlığın inkişafında mətbuatın mühüm rol oynadığını vurğulayan qonaq Azərbaycanda müstəqil mətbuatın inkişafına dövlət qayğısının davamlı olduğunu və bundan böyük qürur hissi keçirdiyini bildirmişdir.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Y.B.Maraşa təşəkkürünü bildirərək bir-birinə sıx tellərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığını, gündən-günə daha da möhkəmləndiyini vurğulamışdır.
Baş redaktor qəzetin yaranma tarixi, keçdiyi yol və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
"İki sahil" qəzeti ilə uğurlu əməkdaşlıqdan məmnun olduğunu ifadə edən Y.B.Maraş jurnalist əməyinin böyük fədakarlıq, zəhmət tələb etdiyini vurğulayaraq Azərbaycan dövlətinin jurnalistlərə diqqət və qayğısının yüksək səviyyədə olduğunu bildirmişdir. Bu qayğı jurnalistləri öz məsuliyyətlərini dərindən dərk etmələrinə və onların daha səylə çalışmalarına stimul verir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında