Tarix unutmur, zaman keçsə də...

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında 31 Mart azərbaycanlıların soyqırımı ilə bağlı tədbir keçirilmişdir. Yığıncağı filialın direktoru, professor Ramiz Məmmədov açaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım barəsində tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədris işləri üzrə direktor müavini Afaq Qasımova çıxış edərək erməni millətçilərinin bəd əməllərindən və xalqımıza qarşı törətdikləri vəhşiliklərdən söz açmışdır. Tarix müəllimi Müslüm Cəfərov 1918-ci il martın 31-də ermənilərin Bakıda, Qubada, Gəncədə törətdikləri vəhşi əməllərdən danışmışdır. Sonra tədbir iştirakçıları 31 Mart soyqırımını əks etdirən foto stendə baxmışlar.

{nl}

H.QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında