Gənclər radikal müxalifəti çirkin əməllərdən əl çəkməyə çağırmışlar

Martın 31-də ölkəmizin ictimai-siyasi həyatında fəal olan gənclər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirmişlər.
Aksiyada Azərbaycanda fəaliyyətini radikal müstəvidə qurmaq və cəmiyyətdə qarışıqlıq yaratmaq istəyən siyasi qüvvələrə qəti etiraz bildirilmiş, şüarlar səsləndirilmişdir.
Aksiya iştirakçıları ərəb ölkələrində baş verən hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyən Ə.Kərimlinin və radikal müxalifətin çirkin yollarla ölkəmizi anarxiyaya sürükləmək, müxtəlif rənglər altında inqilablar etməyə çalışmaq cəhdlərindən və qarşıdurma yaratmasından əl çəkməyə çağırmışlar.
Gənclər bildirmişlər ki, son vaxtlar dünyada gedən müəyyən proseslərdən ruhlanan radikal müxalifət özlərinin xaricdəki himayədarlarının təlimatlarına və maliyyə yardımlarına söykənərək ölkəmizdə siyasi sabitliyi pozmağa çalışır. Əslində onlar bu çirkin əməlləri ilə ölkəmizin 20 faiz torpaqlarını işğal altında saxlayan düşmənin dəyirmanına su tökürlər. Ancaq Vətənini, dövlətini sevən, müstəqilliyimizi göz bəbəyi kimi qoruyan sağlam qüvvələr bu niyyətlərinin həyata keçməsinə imkan verməyəcəklər. Çünki ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu gün inkişafın və sabitliyin hökm sürdüyü bir ölkədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında