Reabilitasiya müəssisəsinin sakinlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.

Müəssisədə yaşayan və reabilitasiya keçən uşaqların təqdim etdikləri ilk  yaradıcılıq nümunələri maraqla qarşılanıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə təşkil olunan sərgidə xalq rəssamı Arif Əziz də iştirak edib.

Məlumat üçün bildirək ki, Bakının Zabrat qəsəbəsində yerləşən baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi ötən ildən fəaliyyətə başlayıb. Bu müddət ərzində müəssisəyə 66 nəfər uşaq qəbul olunub, onlardan 49 nəfəri müəyyən müddət reabilitasiya kursu keçdikdən sonra ailələrinin və yaxınlarının himayəsinə verilib. Hazırda isə burada 17 nəfər uşaq yaşayır.

Müasir tələblərə uyğun şəraitin mövcud olduğu müəssisədə yaşayan uşaqların rahat yaşayışı, təhsil həyatına qayıtmaları üçün zəruri işlər aparılmaqla bərabər, onlarda müəyyən ilkin yaradıcılıq bacarıqları (rəsm, musiqi, rəqs və s.) da formalaşdırılır.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında