Nəsimi rayonunda soyqırımı ilə əlaqədar tədbir keçirilib Nəsimi rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar yığıncaq keçirilmişdir

Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq demişdir ki, yüz ildən çoxdur ki, erməni millətçiləri xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "böyük Ermənistan" yaratmaq məqsədilə Azərbaycan və türk xalqları ermənilərin hərbi və ideoloji təcavüzünə məruz qalmışlar. Soyqırımı siyasəti müxtəlif dövrlərdə kütləvi qətllər və hərbi aksiyalarla müşayiət olunmuşdur.
Azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayətlərin üstünü açmaq, onlara siyasi və hüquqi qiymət vermək yalnız ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra mümkün oldu. Ulu öndərimiz 1997 - ci ildə "1948 - 1953 - cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi - etnik torpaqlarından kütləvi deportasiyası haqqında" və 1998 - ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" son dərəcə mühüm sənədlər imzaladı. Sonuncu fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Ötən dövr ərzində xalqımızın məruz qaldığı soyqırımının miqyasının beynəlxalq ictimaiyyətə çatdırılmasında dövlətimiz xeyli iş görmüşdür. Bu məsələdə dövlət başçımız, möhtərəm İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur.
Rayon icra hakimiyyəti başçısının müavini Zahid Xəlilov məruzə ilə çıxış etdi. Natiq tarix boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri, onların əsassız torpaq iddialarını həyata keçirmək üçün yürütdükləri mənfur siyasəti faktlarla diqqətə çatdırdı. O bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman tariximizə düzgün və obyektiv qiymət verilməsi, azərbaycanlıların soyqırımı məsələsinin dünya siyasəti səviyyəsinə çıxarılması, bədnam qonşularımızın qondarma erməni soyqırımı məsələsi üzərində qurulmuş təbliğatının gücünün azaldılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Xalid Kərimov və payon gənclər və idman idarəsinin rəisi Elbrus Abdullayev çıxış etdilər. N. Məhəməliyev yığıncağa yekun vurdu.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında