Peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar--may aylarında 1400 nəfərə yaxın şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Onlardan 1317 nəfəri üçün nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən inşaat rəngsazı, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, dülgər-xarrat, kompyuter istifadəçisi, qənnadıçı, dərzi və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.

Peşə hazırlığı və əlavə təhsil kurslarında modul tədris proqramlarından  istifadə edilib. Bu isə öz növbəsində peşə bilik və bacarıqlarının öyrədilməsi prosesində səmərəliliyi artırır, peşələrin daha qısa vaxtda və asan şəkildə mənimsənilməsinə imkan verir.

Son 5 ayda ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 80 nəfər gənc peşə təliminə qəbul edilib.

Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslər əmək bazarına çıxış və məşğulluq imkanları əldə ediblər. 

Yanvar--may aylarında rayon (şəhər) məşğulluq mərkəzlərinin təşkil etdiyi peşəyönümü tədbirlərdə  isə 63,2 min nəfər gənc iştirak edib. Onlara əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, düzgün peşə seçimi aparmaları üçün peşəyönümü məsləhətləri verilib.

Z BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında