Meksika Azərbaycan ilə parlamentlərarası əlaqələrə mühüm əhəmiyyət verir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya ilk rəsmi səfərinin ikinci günü - martın 29-da Konqresin Deputatlar Palatasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və palatanın beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo ilə görüşmüşdür.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüş Meksika Konqresinin televiziyası vasitəsilə canlı yayımlanmışdır.
Görüşdə meksikalı deputatlar Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və təhsil, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş, bu sahələrdə hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini bildirmişlər.
E.Məmmədyarov Azərbaycanın xarici siyasət prioritetləri və beynəlxalq əməkdaşlıq istiqamətləri, ölkəmizdə davam edən iqtisadi proseslər barədə ətraflı məlumat vermişdir. O, Meksika ilə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunmuşdur.
Nazir meksikalı parlamentarları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, problemin həlli istiqamətində danışıqlar prosesi barədə də məlumat vermişdir. Meksikalı deputatlar isə məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən tezliklə həll edilməsinin vacibliyini vurğulamışlar.
Elə həmin gün E.Məmmədyarov meksikalı senatorlarla birgə "Azərbaycanın xarici siyasəti və Meksika ilə ikitərəfli münasibətləri" mövzusunda "dəyirmi masa"da iştirak etmişdir.
Senatorlar ilk dəfə Meksikada səfərdə olan Azərbaycanın xarici işlər nazirini salamlayaraq ölkələrimiz arasında parlamentlərarası münasibətlərə mühüm əhəmiyyət verildiklərini bildirmişlər.
E.Məmmədyarov senatorlara Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verərək münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin vacibliyini vurğulamışdır.
Tədbir iştirakçıları dəyişən dünyada parlament diplomatiyasının mühüm əhəmiyyət kəsb etdiyi barədə eyni mövqedən çıxış edərək, ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
E.Məmmədyarov Senatın gündəlik plenar sessiyasının işinə də qatılmışdır.
Nazirin Meksikaya rəsmi səfəri başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında