DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mərasimi keçirilmişdir

Martın 30-da Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mərasimi keçirilmişdir.
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Milli Məclisin deputatı Rafael Hüseynov iştirak etmişlər.
Məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev mərasimi giriş sözü ilə açaraq dinləyiciləri təbrik etmiş, yüksək təhsil və tədris üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, ilkin hazırlıq kurslarındakı 3 aylıq təlim-təhsil müddətində dinləyicilərə 17 fənn üzrə 142 mövzu tədris olunmuş, çoxsaylı praktiki məşğələlər, təcrübi təlimlər və işgüzar oyunlar keçirilmişdir. Gənc əməkdaşlar imtahanlarda xüsusi, atəş və fiziki hazırlıq fənlərindən yüksək nəticələr əldə etmişlər.
Milli Məclisin deputatı Rafael Hüseynov tədbirdə çıxış edərək ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışmış, gənc polis nəfərlərinə sabitliyin və ictimai təhlükəsizliyin qorunub saxlanılması işində uğurlar arzulamışdır.
General-leytenant Əsgər Ələkbərov ümummilli lider Heydər Əliyevin gənclərə böyük diqqət və qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, ulu öndər tərəfindən xüsusi fərmanla təsdiq edilmiş dövlət gənclər siyasəti daxili işlər orqanlarında da layiqincə yerinə yetirilir. Bunun məntiqi nəticəsidir ki, hazırda polis sıralarında on mindən çox gənc dövlətə və xalqa sədaqətlə xidmət edir. Sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Məhz həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, bu gün vətənə və xalqa sədaqət andı içən 553 gənc polis nəfəri daxili işlər orqanlarında xidmətə başlayacaqdır.
Tədrisi başa vurmuş dinləyicilər vətənə, dövlətə və anda sadiq qalacaqlarına, gənclərə göstərilən dövlət qayğısını, diqqəti nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz vermişlər. Bildirilmişdir ki, Azərbaycan gəncliyi, Azərbaycan polisi Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə hər an hazırdır.
Tədbirin sonunda dinləyicilərin təntənəli keçidi olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında