Azərbaycanda narın məhsuldarlığını artırmaq lazımdır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayevin sözlərinə görə, Azərbaycanda narın məhsuldarlığının artırılmasına ciddi ehtiyac duyulur. Bu sahədə güclü potensial var. Məsələn, İsraildə nar cəmi 2200 hektar sahədə yetişdirilir, məhsuldarlıq isə 60 min tonu ötür. Azərbaycanda da məhsuldarlığı artırmaq lazımdır. Fermerlər və istehsalçılar fəal şəkildə subsidiyalar və güzəştlər üçün müraciət etməlidir.

Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov isə  qeyd edib ki, nar və nar məhsulları istehsalçıları keyfiyyətli məhsul istehsal etməklə bu sahədə ixrac potensialını artırmalıdır: “Qeyd edim ki, Azərbaycan istehsalı olan nar məhsulları Avstraliyadan Kanadayadək müxtəlif ölkələrə ixrac olunur. Bu, nar şirəsi, narşərab və digər məhsullardır”.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında