İslam Konfransı Təşkilatına üzv ölkələrin "beyin mərkəzləri"nin II forumu keçiriləcəkdir

Martın 30-dan 31-dək İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin "beyin mərkəzləri"nin "İctimai diplomatiya" mövzusunda II forumu keçiriləcəkdir.  
Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) qurumun aparıcı elmi işçisi Cavid Vəliyev təmsil edəcəkdir.
SAM-dan bildirmişlər ki, tədbirin məqsədi İKT-yə üzv ölkələrinin öz regionlarında və qlobal arenada təsirli bir beynəlxalq aktor olmaq istiqamətində hədəflərinə ictimai diplomatiya vasitəsilə daha etibarlı şəkildə çatmalarına nail olmaqdır. Forum iştirakçıları bu məqsəd üçün müvafiq elmi işləri dəstəkləməklə ictimai qurumlarla birlikdə vətəndaş cəmiyyəti təşkilatlarının bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaradacaqlar.
Forum İKT-yə üzv ölkələrin regional və qlobal səviyyədə əməkdaşlığının genişləndirilməsinə, dünyada sülhün təbliğinə töhfə verəcəkdir. "Beyin mərkəzləri"nin nümayəndələrinin ixtisas sahələri üzrə keçiriləcək yığıncaqlarda vətəndaş cəmiyyəti çərçivəsində regional və qlobal miqyasda siyasi, mədəni və iqtisadi inkişafın yaxından izlənilməsi, əldə olunan məlumatların qiymətləndirilməsi, aktual və gələcəyə dair konstruktiv dialoqların artırılması məsələləri müzakirə ediləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında