Bərdə güllər, çiçəklər şəhəridir

Mən Bərdədə dəfələrlə olmuşam. Hər dəfə burada olanda gözəl obyektlərin açılışını qeyd edirik. Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir. Çox şadam ki, Bərdədə belə sürətli inkişaf, quruculuq-abadlıq işləri aparılır.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Həyatımızın bütün sahələrində olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunub saxlanılması məsələlərində də hamımıza parlaq nümunə, sözün əsl mənasında, örnək və həyat məktəbi var. Bu, ulu öndər Heydər Əliyevin ölməz ideya və əməlləri, ölkə Prezidenti İlham Əliyevin tükənməz enerjiyə və cəsarətə söykənən titanik fəaliyyətidir. Bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarını, imzalanmış fərman və sərəncamları, həyata keçirilən genişmiqyaslı tədbirləri xatırlamaq kifayətdir. 
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev demişdir: “Bərdəlilər öz tarixi keçmişləri ilə də fəxr etməyə haqlıdırlar. Biz təkcə respublikamızda deyil, bütün Şərqdə milli mədəniyyət mərkəzi olduğu üçün Bərdə ilə fəxr edirik. Düzü, mən qədim Bərdəni çox sevir və bərdəlilərə böyük hörmət bəsləyirəm. İstəyirəm ki, Azərbaycanın qədim paytaxtı, nizamilərin, nüşabələrin Bərdəsi qısa müddətdə müasir şəhərə çevrilsin”. Mənim üçün belə bir həqiqəti etiraf etmək olduqca fərəhlidir ki, ulu öndərin bu müqəddəs arzusu bu gün reallığa çevrilmiş, Bərdə, həqiqətən, müasir tipli şəhərə çevrilmişdir.
Əlbəttə, son illər Bərdədə həyatın bütün sahələrində əldə edilmiş böyük uğurlardan da, aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən də və s. geniş danışa bilərəm. Ancaq məqsədim başqadır. Yalnız bir həqiqəti təkrar etmək istəyirəm ki, 3 min illik tarixi olan qədim Bərdə bu gün ölkəmizin ən müasir, abad və yaraşıqlı şəhərlərindən biridir. Burada onlarca müxtəlif təyinatlı bina tikilmiş, şəhər köhnə sərhədlərini aşaraq bütün istiqamətlərdə genişlənmiş, yeni yollar, körpülər, park və xiyabanlar salınmışdır. Bütün bunlar barədə isə xeyirxah insanlar tərəfindən yüzlərlə məqalələr yazılmış, təhlil və tədqiqatlar aparılmışdır.
Mən isə şəhərin, o cümlədən rayonun ekoloji vəziyyəti, salınan yaşıllıqlar, əkilən və böyük qayğı ilə qorunan ağaclar, güllər, çiçəklər barədə danışmaq istəyirəm. Daha yaxşı olar ki, ayrı-ayrı illər üzrə görülmüş işlər barədə məlumatı oxucuların diqqətinə çatdıraq. Düşünürəm ki, bu, həm görülən işlərin miqyası, həm də əyanilik baxımından maraqlı olar. 
 
 2011-ci il
 
Rayonda 801 mindən çox ağac və gül, o cümlədən 1330 ədəd palma, 1000 ədəd limon, 2950 ədəd küknar, 650 ədəd şam, 160 ədəd zeytun, 400 ədəd lelandra kimi qiymətli ağaclar əkilmişdir.
Şəhərin girişində 0,7 hektar ərazidə Bayraq meydanı, mərkəzi hissədə 6,5 hektar ərazidə “Qəhrəmanlar” parkı inşa edilmiş, 10 mindən çox qiymətli ağac və güllərlə bəzədilmişdir. Hazırda Heydər Əliyev prospektində 0,6 hektar ərazidə rayonun mərkəzi meydanı tikilir.
Heydər Əliyev prospekti Yevlax şəhəri və Ağdam rayonu istiqamətində 4 kilometrdən çox H.Aslanov küçəsi Tərtər rayonu istiqamətində 1 kilometrdən artıq uzadılmışdır. Heydər Əliyev prospektindən Gərənə, Alpout, Divanlı, Şorəlli, Qaradəmirçi kəndlərinə ayrılan baş yolların giriş hissəsi yenidən qurulmuş və yaşıllaşdırılmışdır.
Şəhərdə 247 obyekt yenidən qurulmuş, ətrafı yaşıllaşdırılmışdır.
Azərbaycan Respublikası ­Prezidentinin sərəncamı ilə 24 min nəfərdən çox əhali yaşayan, 14 kəndi birləşdirən 22 kilometr uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu müasir standartlar səviyyəsində tikilmiş, yol boyu yaşıllıqlar salınmış, ağaclar əkilmişdir.
Şəhər ərazisində mövcud olan 18, kəndlərdə 12 qanunsuz zibillik ləğv edilmişdir. Mərkəzi poliqonun sanitar epidemioloji tələblərə cavab verməsi üçün tədbirlər görülmüş, ətrafında yaşıllıq zolaqları salınmışdır. Şəhərin küçə və meydanlarında təmizliyi təmin etmək üçün 150 yer ayrılmış, küçə və meydanlara 275 zibil yeşiyi qoyulmuşdur.
 
2012-ci il
 
İl ərzində rayonda 554316 ədəd ağac və gül, o cümlədən 310 ədəd palma, 1200 ədəd xan çinarı, 70 ədəd cökə, 520 ədəd limon, 1280 ədəd lelandra, 750 ədəd yeddi gözəl, 5007 ədəd sərv və başqa qiymətli ağaclar əkilmişdir. Yeni salınmış bütün yaşıllıq sahələrinə suvarma sistemi çəkilmişdir. 
Magistral avtomobil yollarının kənarında 63,7 min ədəd ağac və gül, kəndlərdə 22176 ağac əkilmişdir.
Son iki ildə salınmış yaşıllıqları suvarmaq üçün 40 kilometr su xətləri, şəhərin arxitekturasına xələl gətirən 60 ədəd su çəninin yerləri dəyişdirilmişdir. 
Qaradəmirçi-Alpoud, Bərdə-Mirzalıbəyli yolu yenidən qurulmuş, kənarlarında yaşıllıq zolaqları salınmışdır. 
0,6 hektarda Bayraq meydanının, 0,5 hektarda Nüşabə parkının, 80 kvadratmetrdə səhəngbulağın tikintisi başa çatdırlmış, ətrafda yaşıllıq sahələri salınmışdır.
4 ədəd istirahət guşəsi yaradılmış, yaşıllıq zolaqları salınmışdır. 1400 ədəd qiymətli dekorativ ağac, 8700 ədəd gül kolu əkilmişdir. Yaşıllıqlara xidmət etmək üçün suvarma sistemi yaradılmışdır.
İl ərzində 43660 kvadratmetr əraziyə qazon, 40 kvadratmetr əraziyə yonca səpilmişdir.
 
2013-cü il
 
İl ərzində magistral avtomobil yollarının kənarında 24,2 min ədəd ağac əkilmişdir. 
Rayonun Seyid Yusifli kəndində Seyid Yusif Ağanın məqbərəsi tikilmiş, ərazidə 1400 kvadratmetr yaşıllıq salınmışdır.
Seyid Yusifli kəndinə 6,5 kilometr uzunluqda asfalt-beton örtüklü yol çəkilmiş, kənarlarına 3,5 min ağac əkilmişdir.
Küçələrdə il ərzində 73 min ədəddən çox çiçək əkilmişdir.
 
2014-cü il
 
28 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınmış, 29 mindən çox ağac və 70 mindən çox gül kolu əkilmişdir. 
Heydər Əliyev adına park-bulvarda 27,6 kilometr su xətti çəkilmişdir. Park-bulvardan şəhərin ümumi görünüşünü yaxşılaşdırmaq məqsədilə Tərtər çayının sağ sahilində süni təpə və 15 min kvadratmetr yaşıllıq massivi yaradılmışdır.
Azərbaycan Respublikası ­Prezidentinin 14 avqust 2014-cü il tarixli sərəncamı ilə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri üçün 5,8 milyon manat vəsait ayrılmış, yol boyu yaşıllıq zolağı salınmış, ərazidə ağac və güllər əkilmişdir.
 
2015-ci il
 
Küçə və meydanlarda, yolların kənarlarında 65 mindən çox ağac və 91 mindən çox gül kolu əkilmişdir.
Heydər Əliyev park-bulvarının qarşısındakı ərazi yenidən qurulmuşdur. Ərazidə yaşıllıq zolağı salınmış, 1400 ədəd ağac və çoxlu sayda gül əkilmişdir. 
Heydər Əliyev adına park-bulvarda müxtəlif diametrli 650 paqonmetr su xətti çəkilmişdir.
 
2016-cı il
 
Küçə və meydanlarda, yolların kənarlarında 21 mindən çox ağac və 58 mindən çox gül kolları əkilmişdir.
 
2017-ci il
 
Küçə və meydanlarda 21,2 min ədəd ağac, 16,5 min gül kolları əkilmişdir.
15 mindən çox əhalinin yaşadığı 17 kəndi birləşdirən 25 kilometr uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yol yenidən qurulmuşdur. Yolun kənarlarında 12 mindən çox ağac əkilmişdir.
Bütövlükdə, son illər 3,5 milyondan çox gül və 1,8 milyondan çox ağac əkilmiş, 160 min kvadratmetr yaşıllıq sahələri salınmış, yaşıllıqlara xidmət etmək üçün 48,4 kilometr suvarma xətləri çəkilmişdir.
Heydər Əliyev prospekti, Bakı, Koroğlu, H.Aslanov, Sabir küçələri, Zümürxan kəndi, Əliyanlı kəndi, Samux kəndi, Mirzalıbəyli, Alpout kəndi istiqamətdə yolların kənarları yaşıllaşdırılmışdır. 12 istirahət guşələri yaradılmış, 9 abad məhəllə təşkil edilmişdir. Heydər Əliyev adına park-bulvar, Bayraq meydanı, Nüşabə parkı, Qəhrəmanlar parkı, Mərkəzi park tikilmiş, əraziləri abadlaşdırılmış və qiymətli dekorativ ağaclar əkilmişdir. 
Azərbaycan Respublikası ­Prezidentinin sərəncamları ilə tikilmiş 22 kilometr uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı, 15,5 kilometr uzunluqda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar, 25,5 kilometr uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolların kənarlarında yaşıllıqlar salınmış, çoxlu sayda ağac əkilmişdir. 
2018-ci ildə də rayon ərazisində yaşıllaşdırma işləri böyük səy və ardıcıllıqla davam etdirilir. Məsələn, təkcə birinci rüb ərzində 5 min ağac, 47 min gül kolu əkilmişdir. 
IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın artıq respublikada geniş vüsət almış təşəbbüsü hər yerdə olduğu kimi, Bərdə rayonunda da böyük ruh yüksəkliyi və rəğbətlə qarşılanmışdır. Heç də təsadüfi deyildir ki, rayon gəncləri həmin təşəbbüsə həvəslə qoşularaq, Uğurbəyli kəndində 2 hektar sahədə nar bağı salmışlar. Onu da əlavə edək ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə həmin nar bağının 0,6 hektarı şəhid anası Səadət Abdullapurun, 0,60 hektarı əlil Ceyhun Rüstəmovun, 0,6 hektarı isə əlil Nəriman Məmmədovun ailəsinin istifadəsinə verilmişdir. 
Bərdənin bugünkü ekoloji vəziyyəti, salınan yaşıllıqlara, əkilən ağaclara, gül və çiçəklərə diqqət və qayğı bax, belədir. Təsadüfi deyildir ki, biz bu yazını “Bərdə güllər, çiçəklər şəhəridir” adlandırırıq. Heç şübhəsiz, bundan sonra da ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, yeni yaşıllıq zolaqlarının salınması üçün bütün imkan və səylərimizi səfərbər edəcəyik. 
Mübariz HACIYEV,
12 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin müdiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında