Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri 362 kiloqramdan artıq narkotikin aşkar edilərək götürülməsi ilə nəticələnmişdir

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 2011-ci ilin əvvəlindən bəri həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin daşınması ilə məşğul olan 31 nəfər qaçaqmalçı ifşa olunaraq yaxalanmış, onlardan ümumilikdə 362 kiloqramdan çox narkotik vasitə aşkar edilərək götürülmüşdür. 
Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti arasında əməliyyat informasiyası mübadiləsi nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları Barin Ali Halis oğlu, Talıbov Elman Muxtar oğlu, Əzizov Vidadi Əziz oğlu və Qurbanov Bəhruz Möhəbbət oğlu Rusiyanın Novokuznetsk şəhərində saxlanılmış, onlardan 263 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür.
Müəyyən edilmişdir ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, dəstə üzvləri həmin həşişi içərisinə şüşə yığılmış yük konteynerində gizlədərək İrandan Rusiyaya göndərilməsini təşkil etmişlər.
MTN-nin ictimai əlaqələr mərkəzindən daxil olan məlumatda deyilir ki, yük konteyneri gəmi vasitəsilə İranın Ənzəli limanından Rusiyanın Həştərxan limanına gətirilmiş, oradan isə dəmir yolu vasitəsilə Novokuznetsk şəhərinə aparılmışdır. Adları çəkilən şəxslər həmin narkotik vasitələri yük konteynerindən götürən zaman cinayət başında yaxalanmışlar.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Şükürov Əliməmməd Həşim oğlu və Məmmədov Əzizağa Qurban oğlu Yekaterinburq şəhərində saxlanılmış, onların İran ərazisindən göndərilməsini təşkil etdikləri və içərisində xurma olan konteynerə keçirilmiş baxış zamanı oradan 53,5 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür.
MTN-nin digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Məmmədsalahov Rəşad Nazim oğlu, Quliyev Azər Pirabad oğlu, Axundov Rufin Çölü oğlu, Məmmədov Kamil Nəriman oğlu, Zeynalov İbrahim Telman oğlu və Qurbanov Nəvai Nizami oğlu saxlanılmış, onların Bakı-Moskva qatarının bələdçiləri ilə Rusiyaya qaçaq yolla göndərmək istədikləri 10 kiloqrama yaxın həşiş vaqonun xidməti kupesinin ventilyasiya şaxtasında aşkarlanaraq götürülmüşdür.
Həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində İrandan qaçaq yolla Azərbaycan ərazisinə narkotik vasitələri gətirmiş Azərbaycan Respublikasının vətəndaşları Bayramzadə Hüseynağa Ağakərim oğlu, Zeynalov Elçin Əliyulla oğlu, Məmmədov Eldar Qəzənfər oğlu, Hətəmov Elşən Qabil oğlu, Mirzəyev Xudaverdi Əlihüseyn oğlu və Vəliyev Faiq Əliguşad oğlu saxlanılmışlar. Onlardan təxminən 15 kiloqram həşiş və 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülmüşdür.
Digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Novruzov Novruz Nurəddin oğlu, Behbudov Seymur Həsən oğlu, Həsənov Azər Qasım oğlu, Behbudov İsaməddin Yaqub oğlu və Əliyev Müşfiq Yaşar oğlu saxlanılmış, onlardan "Bakı-Kiyev" qatarında gizli daşınması üçün nəzərdə tutulan 10 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülmüşdür.
Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Kərimov Vüqar Sabir oğlu, Ağayev İsmayıl Yəhya oğlu, Kərimov Adil Sabir oğlu və Nəzərov Seyran Hacı oğlu saxlanılmışlar. Adil Kərimov və Seyran Nəzərovun İran İslam Respublikasının ərazisindən gətirdikləri ərzaq məhsullarına baxış keçirilərkən oradan təxminən 2 kiloqram heroin, eləcə də 1 kiloqrama yaxın tiryək, həşiş qatranı və metamfetamin (sintetik narkotik) aşkarlanaraq götürülmüşdür.
Mart ayında keçirilmiş əməliyyat tədbiri nəticəsində İrandan qaçaq yolla Azərbaycan ərazisinə keçirilmiş 5 kiloqrama yaxın həşiş, təxminən 2 kiloqram heroin və 42,6 qram tiryək aşkarlanaraq götürülmüşdür.
Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında