Mərakeş Krallığı ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Mərakeş Krallığının əmək və əməyin təhlükəsizliyi naziri Muhammed Yatim arasında görüş olub.

Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası çərçivəsində keçirilən görüşdə S.Babayev Azərbaycanın sosial müdafiə sistemi, ölkəmizdə icra olunan sosial proqramlar, habelə aktiv əmək bazarı proqramları barədə M.Yatimə məlumat verib.

Nazir iki ölkə arasında müvafiq sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd edib. Həmçinin İslam Əmək Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin İslam ölkələri, o cümlədən Azərbaycanla  Mərakeş arasında əmək və məşğulluq, sosial müdafiə sahələrində  əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

M.Yatim əmək və məşğulluq sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirməyə, əhalinin məşğulluq imkanlarının artırılması, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi və s. sahələr üzrə ölkəmizin təcrübəsini öyrənməyə maraq göstərdiklərini diqqətə çatdırıb. O  aiidyyəti sahələr üzrə mütəxəssis mübadiləsinin məqsədəuyğun ola biləcəyini bildirib.

Görüşdə əmək və məşğulluq sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu məqsədlə əməkdaşlığa dair Anlaşma Memorandumunun layihəsinin artıq imzalanmaq üçün demək olar ki, hazır olduğu bildirilib. Görüş zamanı S.Babayev M.Yatimi Azərbaycana səfərə dəvət edib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında