Azərbaycan Diplomatik Akademiyasının nümayəndələri Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin professor-müəllim heyəti və tələbələrlə görüşmüşlər

Özbəkistanda səfərdə olan Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndələri Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin professor-müəllim heyəti və tələbələrlə görüşmüşlər. 
Universitetin prorektoru Xojiakbar Tuyçiev qonaqları salamlamış, Özbəkistanın bu qocaman ali məktəbi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bir il əvvəl universitetin 90 illiyi yüksək səviyyədə qeyd olunmuşdur. Hazırda bu tədris ocağında 10 min tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 1015 müəllim məşğul olur. Universitetin nəzdində 2 institut, 5 muzey fəaliyyət göstərir.
X.Tuyçiev Özbəkistan və Azərbaycanın ali məktəbləri arasında əlaqələrin zəif olduğunu qeyd etmiş, əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulamışdır.
Azərbaycan Diplomatik Akademiyasının müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyev təmsil etdiyi ali məktəb haqqında ətraflı məlumat verərək bildirmişdir ki, indi ADA-da dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alır və onların təhsil haqqını Azərbaycan hökuməti öz üzərinə götürmüşdür. Onun sözlərinə görə, Daşkəndə gələn 16 nəfərdən ibarət tələbələrimizin 8-i azərbaycanlı, bir o qədəri də xarici ölkələrin vətəndaşlarıdır.
Sonra tələbələr çıxış etmiş, müxtəlif suallara cavab vermişlər.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Daşkənd


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında