Azərbaycan ilə Latviya arasında fövqəladə hallar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis martın 29-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür. 
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirmişlər ki, nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Görüşdə "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Sazişin və bu ilin aprelində FHN-in dəvəti ilə Latviya daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə planlaşdırılan səfərinin əlaqələrimizin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Səfir iki ölkə arasında aidiyyəti qurumların əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında