Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası keçirilir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Nazirliklə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.

Sessiyanın gündəliyinə BƏT-in Baş direktoru və İdarə Heyətinin sədri tərəfindən  məruzələrin, Konvensiya və Tövsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatların təqdim olunması, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı BƏT-lə səmərəli əməkdaşlığın həyata keçirilməsinə dair əsas müzakirələrin aparılması və s. daxildir. 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət” adlı BƏT-in Bəyannaməsinə əsasən sosial dialoqun və tripartizmin strateji hədəflərinə dair sessiyada təkrar müzakirələrin aparılması da nəzərdə tutulur.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında