Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq əlaqələri genişlənir

Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevlə görüşüb.

S.Babayev ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan islahatlar barədə Ş.Kudbiyevə məlumat verib. Nazir həmçinin Azərbaycanda əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası istiqamətində aparılan işləri diqqətə çatdırıb. Müvafiq fəaliyyət sahələrində bir çox ölkələrlə, o cümlədən Özbəkistanla əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd edən S.Babayev xüsusilə də ikitərəfli təcrübə mübadilələrinin əhəmiyyətli olduğunu vurğulayıb.

Ş.Kudbiyev cari il mayın 21-də “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana etdiyi səfərdən məmnunluqla bəhs edib və ölkəmiz barədə xoş təəssüratlara malik olduğunu vurğulayıb. O, eyni zamanda, səfər zamanı Özbəkistan nümayəndə heyətinin müraciətinə əsasən onlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki Əmək Müqaviləsi Alt-Sisteminə və Məşğulluq Alt-Sistemi strategiyasına dair təqdimatın keçirildiyinə görə minnətdarlığını bildirib. O, hazırda Əmək Müqaviləsi Alt-Sisteminin ölkəsində tətbiqi üzərində işlərin aparıldığını qeyd edib, Özbəkistanda icra olunan aktiv əmək bazarı proqramlarından bəhs edib.

 Əmək və məşğulluq sahəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq üzrə Anlaşma Memorandumunun layihəsinin artıq hazırlandığı qeyd olunub.

Görüşdə Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında