Vətəndaşlıq məsələləri əsas insan hüquqlarından biridir

Dövlət Miqrasiya Xidməti “İnsan hüquqları aylığı” çərçivəsində Gəncə və Yevlax şəhərlərində regional konfranslar keçirib.

“Vətəndaşlıq məsələləri əsas insan hüquqlarından biridir” mövzusunda təşkil edilmiş tədbirlərin məqsədi vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkilidir.

Gəncədə təşkil edilən konfransda şəhər İcra Hakimiyyətinin, məhkəmə orqanlarının, polis şöbələrinin pasport və qeydiyyat bölmələrinin səlahiyyətli şəxsləri, bələdiyyə üzvləri və inzibati ərazi dairəsi üzrə icra nümayəndələri, təhsil işçiləri, ictimaiyyət təmsilçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

İctimaiyyət nümayəndələrinin miqrasiya sahəsində hüquqi maarifləndirilməsi, vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi məqəsdilə Dövlət Miqrasiya Xidmətinin təşkil etdiyi tədbirlərin, görüşlərin, eləcə də  gördüyü işlərin əhəmiyyəti diqqətə çatdırılıb.

DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov əvvəlcə Xidmətin fəaliyyət istiqamətlərindən danışıb. Sonra ölkəmizdə insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, insan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin ali prinsiplərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən bütün tədbirlər məhz hər bir ölkə vətəndaşının hüquqlarının müdafiəsinə yönəlib. Qeyd edilib ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. 

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 2257 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 68 nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1529 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 44 nəfəri vətəndaşlığı olmayan şəxslərdir.

Bununla belə, Xidmət tərəfindən 1 may 2018-ci il tarixədək 105 min 38 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən ölkə vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.

Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin və qanunsuz yaşayan əcnəbilərin sənədləşdirilməsi üçün yerli icra orqanları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında