Nəsimi rayonunda uşaq bayramı

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  Nəsimi Rayon İcra Hakimiyyəti Gənc Tamaşaçılar Teatrında bayram şənliyi keçirmişdir.

 Uşaqları bayram münasibətilə təbrik edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, ölkəmizdə uşaqlara hədsiz məhəbbət, xüsusi diqqət və qayğı var. Onların  layiqli nəsil kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.

Bayram şənliyi uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin razılığına səbəb olmuşdur. Mərasim Gənc Tamaşaçılar Teatrının nağıl qəhrəmanlarının  çıxışları ilə davam etmişdir. 2 saylı Uşaq Gənclər İnkişaf  Mərkəzinin  kollektivi Azərbaycan və dünya xalqlarının  rəqslərini məharətlə ifa etmişlər.

Nəsimi rayon İcra Hakimiyyəti rayon ərazisində yerləşən “KOALA”  istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan    uşaqlar üçün də  bayram şənliyi təşkil etmişdir.

 Burada 11 və 268 saylı xüsusi məktəblərdə təhsil  alan  uşaqlara  nahar süfrəsi açılmış və sonda onlara hədiyyələr verilmişdir.

R.TAHİR,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında