Ölkədə 90 yaşlı qocaların sayı artıb

Azərbaycanda son illər ərzində yaşı 90 və daha çox olan şəxslərin sayı 3341 nəfər, başqa sözlə 39,4 faiz artıb.

Strateq.az saytı Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən yazır ki, 2013-cü ildə ölkədə 8479 nəfər (6303 nəfər qadın, 2176 nəfər kişi) yaşı 90 və daha yuxarı yaşda olan insan olduğu halda, 2014-cü ildə bu rəqəm 9171 (6626 nəfər qadın, 2545 nəfər kişi), 2015-ci ildə 10 171 (7092 nəfər qadın, 3079 nəfər kişi), 2016-cı ildə 10 880 (7370 nəfər qadın, 3510 nəfər kişi), 2017-ci 11 820 (7710 nəfər kişi, 4110 nəfər qadın) nəfər olub.

Ölkədəki uzunömürlülərin çoxu Yuxarı Qarabağ iqtisadi rayonunun – Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Xankəndinin payına düşür. 2013-cü ildə bu rayonların sakinlərindən 1628-i yaşı 90 və daha yuxarı olduğu halda, 2017-ci ildə bu say 2887 nəfərə çatıb.

Ötən il Bakıda 2051, Aran iqtisadi rayonunda 1663, Gəncə-Qazax iqtisadi rayonunda 1610, Naxçıvan Muxtar Respublikasında 593, Kəlbəcər-Laçın iqtisadi rayonunda 575, Şəki-Zaqatala iqtisadi rayonunda 537, Lənkəran iqtisadi rayonunda 515, Quba-Xaçmaz iqtisadi rayonunda 483, Dağlıq Şirvan iqtisadi rayonunda 472, Abşeron iqtisadi rayonunda 434 nəfər 90 və daha yuxarı yaşda olan insan qeydə alınıb.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında