Jan Dürinq: "Hər kəs Azərbaycan muğamını dinləməkdən zövq alır"

Bakıda "Muğam aləmi" Beynəlxalq muğam festivalının keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Festival dünyanın müxtəlif ölkələrindən sənət adamlarının məhsuldar müzakirələr aparmaları üçün geniş imkanlar yaratmışdır. İki il əvvəl Bakının ev sahibliyi ilə keçirilmiş I Beynəlxalq muğam festivalı da bütün dünyada böyük əks-səda doğurmuşdur. Mən festivalla bağlı təəssüratlarımı tələbələrimlə bölüşdüm. Bu festival muğamların bir növ müzakirəsi və elmi araşdırmasını təmin edir. 
Bu sözləri Bakıda keçirilmiş "Muğam aləmi" II Beynəlxalq muğam festivalının iştirakçısı, fransalı professor Jan Dürinq AzərTAc-a müsahibəsində demişdir.
Hər kəs Azərbaycan muğamını dinləməkdən zövq alır, lakin bu sənət əsərini başa düşmək heç də asan deyildir. Sevindirici haldır ki, Bakıda olduğumuz müddətdə Azərbaycan muğamına daha yaxından bələd olmaq imkanı əldə etdik.
J.Dürinq bildirmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan muğamı haqqında kitabların yazılması, disklərin buraxılması ölkənizin dünyada daha da məşhurlaşması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan təkcə musiqisi ilə deyil, bütövlükdə mədəniyyətin digər sahələri, xüsusilə də xalçaları ilə də bu gün dünyada ad-san qazanmışdır.
J.Dürinq bu gün muğam sənətinin tədqiqinə həsr edilmiş sanballı əsərləri ilə dünyada məşhurdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında