İsrailin rusdilli jurnalistləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin üzvləri ilə görüşmüşlər

Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti, "Moszelenstroy"un rəhbəri Mirəşrəf Fətiyevin təşkilatçılığı ilə Azərbaycana səfərə gəlmiş İsrailin bir qrup rusdilli jurnalisti martın 26-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında olmuş, qurumun idarə heyətinin üzvləri ilə görüşmüşdür.  
İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan həqiqətlərini yaymaq istəyinə görə qonaqlara təşəkkür etmiş, məlum münaqişənin ayrı-ayrı aspektləri barədə söz açmışdır. O, sayı bir milyonu keçmiş qaçqınlar və məcburi köçkünlərdən, onların mənzil-məişət problemlərinin həlli sahəsində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərdən danışmışdır.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Milli Məclisin deputatları- Elman Məmmədov, Rövşən Rzayev qonaqlara işğal olunmuş Azərbaycan əraziləri, o cümlədən Dağlıq Qarabağa dəxli olmayan 7 rayon, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələri, dünya birliyinin təcavüzkara loyal münasibəti, işğal altında olan torpaqlara ermənilərin köçürülməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona nəticəsiz səfərləri, danışıqlarda erməni tərəfin qeyri-konstruktivliyi, cəbhə xəttində vəziyyət, burada hətta uşaqların erməni snayperlərinin gülləsinə tuş gəlməsi və digər məsələlər barədə ətraflı məlumat vermişlər.
Mirəşrəf Fətiyev, nümayəndə heyətinin rəhbəri, politoloq Aviqdor Eskin, "İZRUS" informasiya portalının təmsilçisi, politoloq David Eydelman, "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin, "Novosti nedeli" qəzetinin baş redaktoru Pyotr Lyukimson münaqişə və bu haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dair düşüncələrini bölüşmüşlər.
Qonaqları maraqlandıran suallara cavab verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında