Azərbaycan haqqında səhv informasiya AzərTAc-ın müdaxiləsindən sonra aradan qaldırılmışdır

Rusiyanın RİA-Novosti agentliyinin internet saytında 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının dəfn mərasimini əks etdirən fotoşəkil yerləşdirilmişdi. Lakin fotoya tamamilə inanılmaz başlıq və şəkilaltı mətn verilmişdi. Başlıq belə idi : "Bakıda həlak olmuş ermənilərin xatirə günü". 
Şəkilaltı mətndə isə yazılmışdı: "1990-cı ilin 19-22 yanvarında baş vermiş milli münaqişənin qurbanı olmuş ermənilərin Bakının Mərkəzi parkında dəfn edildiyi yerdə xatirə günü ilə əlaqədar təşkil olunmuş matəm mitinqi".
AzərTAc-ın baş direktoru Aslan Aslanov martın 21-də RİA-Novostinin baş redaktoru Svetlana Mironyuka etiraz məktubu göndərmiş, tarixi həqiqətin və faktların bu cür saxtalaşdırılmasının yolverilməz olduğunu bildirmişdir.
Məktubda baş redaktora xatırladılmışdır ki, saytda yerləşdirilmiş fotoşəkil 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin Bakıya yeridilmiş xüsusi təyinatlı qoşun birləşmələrinin törətdiyi qırğınlar zamanı həlak olmuş insanların dəfn mərasimi zamanı çəkilmişdir. Bu qanlı aksiya zamanı böyük əksəriyyəti azərbaycanlılar, həmçinin ruslar və yəhudilər olan 132 dinc sakin öldürülmüşdür. 20 Yanvar qırğınında ölənlər arasında erməni olmamışdır. RİA-Novostidə verilmiş fotoşəkil 1990-cı il yanvarın 22-də - qanlı qırğından iki gün sonra şəhidlərin dəfn mərasiminin təşkil olunduğu yerdə çəkilmişdir. Elə o vaxtdan Bakının bu dağüstü ərazisi Şəhidlər Xiyabanı adlanır. Bu xiyabanı ziyarət edənlərin hamısı bilir ki, burada erməni qəbri yoxdur. Bu faktın RİA-Novostinin rəhbərlərinə və əməkdaşlarına da yaxşı məlum olduğu xatırladılan məktubda nüfuzlu bir agentliyin kobud səhvə yol verdiyinin təəccüb və təəssüf doğurduğu bildirilmişdir.
AzərTAc-ın müdaxiləsindən sonra RİA-Novosti həmin səhv informasiyanı dərhal saytdan çıxarmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında