Azərbaycan Kredit Bürosu 1 saylı ASAN xidmət mərkəzində fəaliyyətə başlayıb

Azərbaycan Kredit Bürosu (Büro) 1 saylı Bakı “ASAN xidmət” mərkəzində kredit hesabatlarının verilməsi xidmətinə başlayıb.

Bürodan verilən məlumata görə, fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənədlə, hüquqi şəxslər isə VÖEN və müraciət edən şəxsin səlahiyyətini təsdiq edən sənədlə Büronun xidmət pəncərələrindən kredit hesabatlarını əldə edə bilərlər. Kredit hesabatları yalnız şəxsin özlərinə və ya qanuni nümayəndəsinə verilir.

Xidmət mərkəzi həftənin iş günləri, saat 10:00-19:00 arası fəaliyyət göstərir.

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşlar və biznes subyektləri öz kredit hesabatlarını hər təqvim ili ərzində 2 dəfə ödənişsiz əldə edə bilərlər.

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılıb.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında