AŞPA Monitorinq Komitəsinin yığıncağında Azərbaycanla bağlı müzakirələr konstruktiv şəraitdə keçmişdir

Martın 25-də Avropa Şurasının (AŞ) Parisdə yerləşən ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin yaz sessiyası ərəfəsində yığıncağı keçirilmişdir.
Yığıncaqda AŞ-nin üzvü olan bir sıra ölkələrin, o cümlədən Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti ilə bağlı müzakirələr aparılmışdır. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramun (İspaniya) və Jozef Debono Grex (Malta) bir qədər əvvəl Azərbaycanda səfərdə olmuşlar.
Komitənin yığıncağında onlar Azərbaycana ilk səfərlərinin nəticələri haqqında məlumat vermişlər. İlkin müzakirələr zamanı Böyük Britaniyadan, Rusiya Federasiyasından, Finlandiyadan və digər ölkələrdən olan deputatlar çıxış etmişlər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Elxan Süleymanov məruzədə əksini tapmış məsələlər barədə mövqelərini bildirmişlər.
Qeyd edilmişdir ki, Azərbaycan AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı sənədləri vaxtında quruma təqdim etmişdir. Ölkəmiz öhdəliklərin yerinə yetirilməsinə dair hesabatın Monitorinq Komitəsində müzakirəsinə hazırdır. Bu öhdəliklər arasında yerinə yetirilənlər və artıq AŞ tərəfindən qəbul olunanlar əksəriyyət təşkil edir.
Hələlik öz həllini tapmayan əsas öhdəlik isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Azərbaycan və Ermənistan AŞ-yə üzv qəbul edilərkən münaqişənin sülh yolu həll olunması barədə öhdəlik götürmüşlər. Azərbaycanın bu məsələdə konstruktivlik nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində qeyri-konstruktiv mövqe tutması problemin indiyədək həllini tapmasına imkan verməmişdir.
Monitorinq Komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin yaradılması ilə bağlı gedən proseslər müsbət hal kimi qiymətləndirilmiş və bu qurumun münaqişənin həllinə öz töhfəsini verəcəyinə dair nikbin fikirlər səslənmişdir.
Ümumiyyətlə, komitənin yığıncağı konstruktiv şəraitdə keçmişdir. Çıxış edənlər Azərbaycanda müsbət dəyişikliklər baş verdiyini, yüksək iqtisadi inkişafa nail olunduğunu vurğulamışlar.
Yığıncaqda Azərbaycan üzrə həmməruzəçilərin ölkəmizə növbəti səfəri təsdiqlənmişdir. Bu səfərin iyul və yaxud sentyabr aylarında reallaşdırılması qərara alınmışdır. Məhz bu səfərdən sonra Azərbaycan üzrə məruzənin ilkin variantı Monitorinq Komitəsinə təqdim olunacaqdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri 
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında