Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşlar qəbul edilir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin həlli üçün tədbirlər görülür.

Mayın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan, eləcə də Ağcabədi, Bərdə, Tərtər və Ağdam rayonlarında məskunlaşan 200-dək məcburi köçkünü qəbul edib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbulda məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, yol təmiri, təmir-bərpa, işə düzəlmə və bu qəbildən digər məsələlərlə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib.

Qəbulda müraciətlərin əsasən mənzillə bağlı olduğunu nəzərə alaraq, Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkədə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli həmişə olduğu kimi, hazırda da Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər, sosial yönümlü layihələr həyata keçirilir. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin olduğunu vurğulayan Rövşən Rzayev həmin soydaşlarımızın mənzil-məişət şəraitinin mərhələli və sistemli şəkildə yaxşılaşdırılması üçün addımlar atılacağı ilə bağlı məlumat verib.

Dövlət Komitəsinin sədri məcburi köçkünlərin müraciətlərini, şikayət və təkliflərini dinləyib, onların problemlərinin qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli üçün konkret tapşırıqlar verib.

Qəbula gələn məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Rövşən Rzayev respublikanın digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də görüşlərin keçiriləcəyini diqqətə çatdırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında