BMT-nin mənzil-qərargahında Beynəlxalq Novruz Günü münasibətilə konsert olmuşdur

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən daxil olmuş məlumatda bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Beynəlxalq Türk Mədəniyyətləri Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Beynəlxalq Novruz Günü münasibətilə konsert olmuşdur. Konsertdən əvvəl BMT Baş Assambleyası 65-ci sessiyasının Prezidenti, Türkiyə Parlamentinin sədri və TÜRKSOY-un baş katibi çıxış etmişlər. Konsertdə Azərbaycanın incəsənət ustaları Gülyanaq Məmmədova, Ehtiram Hüseynov, Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış etmişlər. Tamaşaçılar həmvətənlərimizin çıxışlarını heyranlıqla izləmiş və onları ayaq üstə alqışlamışlar. 
Konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Başqırdıstan, Xakasiya və Tuva (Rusiya Federasiyası), Qaqauz (Moldova) və Krımdan (Ukrayna) olan incəsənət ustaları çıxış etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında