Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyəti yoxlanılıb

Energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair sayca 12-ci müsabiqə-baxış keçirilib.

“Azərenerji” ASC-dən verilən məlumata görə, qurumda əməyin mühafizəsinin təşkilinə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə xüsusi diqqət və qayğı göstərilir.

Energetika müəssisələrində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin, bədbəxt hadisələrin qarşısının alınmasının, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, əks-qəza məşqlərinin, əməyin mühafizəsi üzrə illik nomenklatur tədbirlər planının yerinə yetirilməsinin, işçi heyətinin təlimatlandırılması və bilik-bacarıqlarının artırılması sahəsində aparılan işlərin nəticəsi ilə bağlı hər il müsabiqə-baxış təşkil olunur.

“Azərenerji” ASC rəhbərliyinin müvafiq əmrinə əsasən, ötən ilin aprel ayından başlayaraq dekabr ayının sonunadək bütün energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair sayca 12-ci müsabiqə-baxış keçirilib. Müsabiqə-baxışda Enerji İstehsalı İdarəsindən 8, Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən 5, enerjisistemin digər strukturlarından isə 2 müəssisə iştirak edib. Səhmdar Cəmiyyətin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidməti il ərzində yerlərdə baxış keçirərək, həmin müəssisələrin baxış-müsabiqənin tələblərini qaydalara uyğun yerinə yetirmələrini yoxlayıb. Müsabiqənin yekunlarına dair məlumatlar qaliblərin müəyyən edilməsi üçün bu ilin mart ayında müvafiq komissiyaya təqdim edilib.

Komissiya bu il mayın 22-də Səhmdar Cəmiyyətin müəssisələrində 2017-ci il ərzində Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair müsabiqə-baxışa yekun vurub. Komissiya müəssisələr tərəfindən təqdim olunmuş sənədləri, məlumat və arayışları təhlil edərək, müsabiqə-baxışın Əsasnaməsi çərçivəsində iştirakçılar tərəfindən görülən işləri qiymətləndirib.

Müsabiqə-baxışın yekunu haqqında çıxarılan yekdil qərara əsasən, enerji istehsalı müəssisələrindən “Azərbaycan” İES 1-ci, “Sumqayıt” ES və “Şəki” ES isə 2-ci yerə layiq görülüb. Elektrik enerjisinin ötürülməsi müəssisələrindən 1-ci yeri “Sumqayıt” YGEŞ, 2-ci yeri “Şirvan” REŞ və “Gəncə” REŞ tutub. Sahə xidmət müəssisələrindən isə “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC 1-ci yerə layiq görülüb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında