Zaqatala qalasında el şənliyi

Zaqatala rayonunda xalqımızın tarixi qədər qədim, müqəddəs və əziz el bayramı - "Novruz" münasibəti ilə bir sıra tədbirlər keçirilmişdir.
Öncə rayonda yaşayan 650-dən çox imkansız ailəyə rayon icra hakimiyyəti tərəfindən, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərinin dəstəyi ilə ərzaq yardımı göstərilmişdir.
Tədbir iştirakçıları və Novruz personajları olan Bahar qızı, Kosa və Keçəl faytonla zurna, nağaranın musiqi sədaları altında rayonun girəcəyindən şənliyin keçirildiyi Zaqatala qalasına doğru hərəkət etmişlər. Yolboyu iştirakçıları salamlayan Bahar qızı yurdumuza yazın gəlişi münasibəti ilə onları təbrik etmiş, hamını el şənliyinə səsləmişdir.
Zaqatalalıların bu tarixi məkanda keçirilən el şənliyində bayram tonqalı qalanmış, rəsm əsərləri, sənətkarlıq nümunələrinin sərgisi təşkil olunmuş, qədim adət-ənənələrimiz nümayiş etdirilmiş, at yarışları tədbirin rəngarəngliyini daha da artırmışdır. Bayram tədbirlərində incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin, xalq kəndirbazlarının və pəhləvanların çıxışları, eləcə də ayrı-ayrı kəndlərin milli adət-ənənələri, mətbəxtləri nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə minilliklər boyu formalaşan adət-ənənələrimizi qoruyaraq milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan Novruz bayramının ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində, böyük təntənə ilə qeyd olunduğunu xüsusi vurğulamış, Novruz bayramının YUNESKO-nun dünya xalqlarının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın tarixi xidmətlərini qeyd etmişdir. Daha sonra rayon rəhbəri bu əziz el bayramı münasibəti ilə bütün zaqatalalıları təbrik etmiş, hər kəsə can sağlığı, yeni-yeni uğurlar arzulamışdır.
Bir neçə saat davam edən el şənliyi hər kəsin ruhunu oxşamış, bayram ovqatını artırmışdır. Elə həmin gün axşam Zaqatala qalasında keçirilən respublika incəsənət ustalarının bayram konserti rayon sakinlərinin sevincinə sevinc qatmışdır.

{nl}

İ.HƏSƏNOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında