Köçkün məktəblərə Novruz hədiyyəsi

Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar proqramı bu gün də uğurla, ardıcıllıqla davam etdirilir. Son illər çoxsaylı yeni məktəb binalarının tikilməsi və əsaslı təmir olunması, tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.
Bu işlərin bariz nümunəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kəlbəcərin 126 nömrəli məktəbi üçün Abşeron rayonunun Masazır qəsəbəsində, 19 nömrəli məktəbi üçün Xəzər rayonunun Qala qəsəbəsində yeni tikilmiş binalardır.
Kəlbəcər rayonunun 126 nömrəli orta məktəbi 1999-cu ildən Masazır qəsəbəsində 9 otaqdan ibarət darısqal binada fəaliyyət göstərirdi. Yeni bina 15 otaqdan ibarətdir. Məktəb istilik, su, kanalizasiya sistemləri, zəruri tədris avadanlıqları ilə təmin olunmuş, yeməkxana və kitabxana üçün otaqlar ayrılmışdır.
19 nömrəli tam orta təhsil məktəbi isə 2007-ci ildən 6 ədəd vaqon tipli otaqda fəaliyyət göstərirdi. Təzə bina 220 yerlikdir və 15 otağı vardır. Burada da şagirdlərin təlim-tərbiyəsinin təşkili üçün bütün zəruri şərait yaradılmışdır. Bina istilik sistemi və lazımi avadanlıqla təchiz olunmuş, tədris ocağında kompyuter şəbəkəsi təşkil edilmiş, idman meydançası yaradılmış, məktəbin həyətində yaşıllıq salınmış və bulaq kompleksi inşa edilmişdir.
2011-ci il yanvar ayının 10-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Kəlbəcər rayon icra hakimiyyətinin məsul əməkdaşlarının, həmçinin tədris ocaqlarının tikintisini aparan təşkilatın işçilərinin, eləcə də, müəllim və şagirdlərin iştirakı ilə həmin binaların açılışı olmuşdur. Keçirilən hər iki tədbirdə çıxış edən natiqlər Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, əlamətdar hadisə münasibətlə müəllim və şagirdləri təbrik etmiş, onlara yeni uğurlar arzulamışlar.
Novruz bayramı ərəfəsində Milli Məclisin deputatı Cavid Qurbanov həmin məktəb kitabxanalarına müxtəlif mövzularda, o cümlədən ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı kitablar hədiyyə etmişdir. Təqdim edilmiş kitablarda, həmçinin ölkənin tanınmış ziyalılarının ədəbi-publisistik əsərləri vardır. 19 nömrəli tam orta təhsili məktəbə əlavə olaraq bir kompyuter də hədiyyə edilmişdir.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında