Balakəndə Novruz bayramı

Rayondakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibəti ilə böyük bir bayram şənliyi təşkil olundu. Bütün kəndlərdən və şəhərdən gəlmiş kollektivlər səliqə ilə onlar üçün ayrılmış ərazidə bayram süfrəsi açmışdı. Hər tərəfdə samovarlar buğlanır, manqallar tüstülənirdi.
Park boyu xalqımızın uzun zamanlardan bəri qoruyub saxladığı əl işlərinin nümunələrinə, qədim əl əməyi alətlərinə baxdıqca adamlar öz tarixi keçmişini yada salır, ürəklərində bu bahar günündə min arzu, dilək tuturdular. Bütün süfrələr Novruz xörəkləri və səməni ilə bəzədilmişdi. Kosa və Keçəl öz xurcunlarını maxara, paxlava, şəkərbura, boyanmış yumurta ilə doldururdular.
Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovu ulu öndərin adını daşıyan parkın giriş qapısında "Bahar qızı" faytonla qarşıladı. Bayram tonqalı yandırıldıqdan sonra ulu öndərin möhtəşəm abidəsi önünə tər qərənfillər qoyuldu. "Cəngi" sədaları altında meydana daxil olan Bahar qız, Keçəl və Kosa tədbir iştirakçılarını salamladılar, onlara xoş əhval-ruhiyyə arzuladılar. Rayon icra hakimiyyətinin başçısı balakənlilləri xalqımızın əziz bayramı münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi. Natiq milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini önə çəkdi, ölkə Prezidenti cənab İlham Əliyevin adından rayon əhalisini Novruz bayramı münasibətilə təbrik etdi. Bir-neçə saat davam edən şənlikdə milli geyimli oğlan və qızlar, folklor və rəqs kollektivləri bayram tonqalı ətrafında şux, oynaq rəqsləri, musiqi kollektivləri rəngarəng konsert proqramı ilə hər kəsin ruhunu oxşadı, bayram ovqatını artırdı.

{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında