Hər ailəyə Novruz sovqatı

Səbail rayonunda Novruz bayramının geniş keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmışdır. Rayonda yaşayan aztəminatlı ailələr də yaddan çıxmamış, idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər bayram münasibətilə onlar üçün ərzaq bağlamaları hazırlamışlar.. 
Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsində təşkil olunmuş mərasimdə ağsaqqallar və veteran təşkilatlarının, əlillər cəmiyyətlərinin təmsilçiləri, sosial xidmət işçiləri, bələdiyyələrin və xeyriyyəçi təşkilatların nümayəndələri iştirak etmişlər. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev toplaşanları Novruz bayramı münasibəsi ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin vacibliyini vurğulamışdır. O bildirmişdir ki, bayram ərəfəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə, təşkilat, müəssisə, bir sıra iş adamları və bələdəiyyələrin vəsaiti hesabına alınaraq təşkil olunmuş 2500-dən çox ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə - şəhid, əlil, məcburi köçkün ailələrinə, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvlərinə təqdim olunmuşdur.
İctimai birliklərin, əlillərin, məcburi köçkünlərin nümayəndələri bayram münasibəti ilə göstərilən yardımlara görə xeyriyyəçilərə və təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.
Novruz bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində incəsənət xadimlərinin iştirakı ilə sakinlər üçün əyləncəli bayram tədbirləri keçiriləcək.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında