Zaqatalada Respublika Günü qeyd edilib

Tədbirdə  rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə  Heydər parkında ümummilli lderin abidə kompleksinin önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

 Sonra Heydər Əliyev Mərkəzində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş konfrans öz işinə başlayıb. 28 May – Respublika Gününə həsr olunmuş film nümayiş etdirildikdən sonra  “100 illik şanlı tarix” mövzusunda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin məruzəsi dinlənilib. Rayon rəhbəri çıxışında Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha nəzər salıb, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu xüsusi vurğulayıb, Şərqdə ilk demokratik  dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirib.

Cəmi 23 ay yaşamış bu Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdıran natiq XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycanın dövlətçiliyi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün ulu öndərimizin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər, keçmişə nəzər salaraq, Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu 23 ay ərzində gördüyü işlərdən, qəbul etdiyi taleyüklü qərarlardan, yürütdüyü siyasətdən, dövlət quruculuğundan, habelə, odövrkü Azərbaycan cəmiyyətinin maarifləndirilməsində atdığı addımlardan danışıb, Azərbaycan Xalq Cümhuriyyətinin o çətin dövrlərdə bu cür nailiyyətlər əldə etməsini əsl qəhrəmanlıq kimi qiymətləndiriblər.   

Həmin gün axşam Heydər Parkında rayon incəsənət ustalarının iştirakı ilə geniş bayram konserti təşkil olunub və tədbirə atəşfəşanlıqla yekun vurulub.

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında