Vətənin köksündə yüksələn ay

Mayın ­­26-da Kürdəmir rayonundakı Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriy­yətinin qurulmasının 100 illiyi münasibəti ilə “Vətənin köksündə yüksələn ay” adlı ümumrayon tədbiri keçirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyallılar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynəlxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial – iqtisadi sahədə dövlətlərlə balanslaşdırıcı siyasət, enerji, ərzaq, təhsil, səhiyyə, elm, daxili siyasi sabitliyin yaradılması və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərmiş, hazırda da göstərilməkdədir. Azərbaycanın dövlətçilik ənənələrinin qoruyub saxlanması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident kimi fəaliyyətinin ən başlıca qayəsini təşkil edir. Müstəqil Azərbaycan Respublikası yaşayır, inkişaf edir, möhkəmlənir, dünyanın lider ölkəsinə çevrilməkdədir.Elə bunun bariz nümunəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, konfranslara və idman yarışlarına ev sahibliyi edir.Bunlardan 2012-ci ildə keçirilən “Eurovision” musiqi yarışması, 2015-ci ildə keçirilən “Bakı -2015 ilk Avropa Oyunları”, “Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları”, artıq bir neçə il ardıcıl davam edən “Formula 1” yarışları ən yüksək səviyyədə təşkil olunmuşdur. Azərbaycanda keçirilən nəhəng beynəlxalq idman yarışlarının təşkilat komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti ­Mehriban xanım Əliyeva olmuşdur. Məhz onun gərgin əməyinin nəticəsi olaraq bu tədbirlər ən yüksək səviyyədə keçirilmişdir.

2015-ci ildə Bakıda keçirilən ilk “Avropa Oyunları” zamanı Azərbaycan Avropa ölkələri arasında medalların əyarına görə 2-ci yeri tutmuşdursa, 2017-ci ildə Bakıda keçirilən “IV İslam Həmrəyliyi Oyunları” zamanı 75 qızıl, 50 gümüş, 37 bürünc, ümumilikdə 162 medal qazanaraq, İslam ölkələri arasında medalların əyarına görə 1-ci yeri tutmuşdur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğının ildən-ilə artığının bariz nümunəsidir.

Bu gün respublikanın hər yerində olduğu kimi rayonumuzda da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülür, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir. Bunların bariz nümunəsidir ki, son dövrlər rayonumuzda Kürdəmir Olimpiya İdman Kompleksi, Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyətinin yeni inzibati binası, Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının yeni inzibati binası, Bayraq Meydanı, yeni körpələr evi-uşaq bağçası tikilmiş, Tarix-diyarşünaslıq Muzeyi yenidən qurulmuş, 40-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Hazırda Prezdentimizin sərəncamına əsasən rayonumuzda müasir standartlara cavab verən xalça fabrikinin və “Asan Xidmət” Kompleksinin binasının tikilişinə başlanılmışdır. Bütün bunlar onu göstərir ki, paytaxtla yanaşı regionların da inkişafı dövlət başçısının diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili”elan etmiş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin ən yüksək səviyyədə qeyd olunması məqsədilə sərəncam imzalamışdır. Bu günlərdə ölkəmizin hər yerində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100-cü ildönümü – “ 28 may - Respublika Günü” yüksək səviyyədə qeyd olunur.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci ildən bəhs edən foto çarxı, vətənpərvərlik haqqında mahnılar, M.Ə.Rəsulzadənin “Əsrimizin Siyavuşu” adlı əsərindən parçalar, 1988-ci il Xalq Azadlıq Hərəkatından bəhs edilən film, Ü.Hacıbəylinin “Koroğlu” üverturasının sədaları altında nümayiş etdirilib.

Tədbir boyu teatrlaşdırılmış səhnəciklər təqdim edilib.

Tədbir dahi sənətkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları ilə yekunlaşıb.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında