Şanlı yubileyə həsr olunan tədbir

Lənkəran Dövlət Humanitar Kollecində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində tələbələrin şanlı yubileyə həsr edilmiş əl işlərindən ibarət sərgi ilə tanış olublar. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə kollecin direktoru, dosent Ruslan Həmidov açaraq bildirib ki, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə Cumhuriyyət ili elan edilməsi tarixi varislik ənənələrinin parlaq təcəssümüdür.   Direktor Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində möhtəşəm tədbirlərin həyata keçirilməsindən danışıb. O həmçinin kollecdə təşkil olunan tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, plana əsasən Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş xüsusi nömrələr buraxılmış, tələbə və müəllimlərin müxtəlif muzeylərə ekskursiyaları təşkil edilmiş, açıq dərs və seminarlar keçirilmiş, mayın 25-də ilk dərslər şanlı yubileyə həsr olunmuşdur. 

 “İqtisadiyyat və idarəetmə” FBK-nın sədri Qətilə Şükürova məruzə ilə çıxış edərək  bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratmışdır.

Kollecin “Tarix və ictimai elmlər” FBK-nın sədri Günel Abdullayeva, “Azərbaycan dili və ədəbiyyat” FBK-nın sədri Nuranə Əskərova, “Musiqi və təsviri incəsənət” şöbəsinin müəllimi Günay İsgəndərova, tələbə Tamilla Axundova Cumhuriyyətlə bağlı özəl fikirlərini söyləyiblər. Bu mövzuda şeirlər səsləndirilib. Sonra ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə fərqlənən tələbələrə və əməkdaşlara fəxri fərmanlar təqdim olunub. Tədbir AXC-nin 100 illiyinə həsr olunmuş video slaydın nümayişi ilə başa çatıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında