Şəhid ailələrinə 11 min manat nə vaxt ödəniləcək?

Şəhid vərəsələrinə birdəfəlik ödənişin edilməsi üçün tam şəffaf sistem yaradılıb. Buna hüququ çatanlar təkcə notariusa müraciət etməklə yardımı ala biləcək.

Bu barədə  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib.

Bildirib ki, Azərbaycan prezidentinin fərmanı ilə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim ediləcək. Bu siyahı dəqiqləşdirildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdiriləcək.

Adı siyahıda qeyd edilən vətəndaşlar hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, şəhidin ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, vərəsəlik hüququnu təsdiq edən sənəd və ödənişi almaq üçün bank hesabını təqdim etməklə yardımı ala biləcək. Bu sənədləri daha tez təqdim edənlər, daha tez ödəniş ala biləcəklər.

Qeyd edək ki, ilkin hesablamalara görə, bu vəsait 9 minə yaxın şəhidin vərəsəsinə veriləcək ki, bu da 100 milyon manatdan çox vəsait deməkdir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında