Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramı qeyd olunmuşdur

Martın 19-da Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramı münasibətilə qəbul təşkil edilmişdir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici dövlətlərin ölkəmizdəki səfirləri, türkiyəli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycanda Novruzu qeyd etməkdən böyük sevinc hissi duyduğunu deyən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç xalqımızı bayram münasibətilə təbrik etmişdir. Diplomat Novruzun azərbaycanlılara və bütün türk dünyasına sülh, əmin-amanlıq, sevinc, bərəkət gətirməsini arzulamışdır.
Sonda tədbir iştirakçıları Novruz adət-ənənəsinə uyğun olaraq bayram tonqalının üzərindən tullanmışlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında