Turizm sahəsində əməkdaşlıq əlaqələri inkişaf etdirilir

Mart ayının 6-dan 13-dək Almaniyanın Vilhelmshafen şəhərində "Turizmdə GİS texnologiyalarının tətbiqi" mövzusunda simpoziumun 3-cü görüşü keçirilmişdir. Görüşdə Almaniyanın Yade Universitetinin nümayəndələri, həmçinin ölkəmizdən Almaniyaya ezam olunmuş bir qrup mütəxəssis iştirak etmişdir.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm İnstitutunun rektor və prorektorları, həmçinin Tədqiqat və İnkişaf Mərkəzinin işçiləri, eyni zamanda, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə və Gədəbəy Rayon Turizm Şöbəsinin müdiri Fazilə xanım Məmmədova, təbiəti sevənlər arasında populyar olan "Yaşıl velosipedçilər" klubunun sədri daxil idilər.
Səfər zamanı Gədəbəy rayonunda mövcud olan Simens irsinin turistik məhsul kimi inkişaf etdirilməsi və Gədəbəyin Almaniyanın hər hansı regionu ilə qardaşlaşması müzakirə edilmişdir. Bundan başqa Azərbaycan Turizm İnstitutu ilə Almaniyanın Yade Universiteti arasında tələbə mübadiləsi və bu mübadilənin genişləndirilməsi istiqamətində də müxtəlif müzakirələr aparılmış, həmçinin dünyanın ən böyük turizm sərgisi olan Berlin İTB-ə baş çəkilmişdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında