Qazaxda sahibkarlara "yaşıl işıq" var...

Qazaxda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, onlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən aydın  görmək olar.        

Rayonda daha bir sahibkarlıq obyektinin açılışı olub. “İK MARKET” adlanan ərzaq məhsulları mağazası rayonda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir.      

Açılış mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni marketin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və marketin əməkdaşlarını səmimi qəlbdən təbrik edib, yeni yaradılan müasir ticarət şəbəkəsinə öz xeyir-duasını verib. Qeyd edib ki, bu gün respublikamızda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün Qazaxda sahibkarlara geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir.

AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Qazaxda bütün sahələrə qayğı ilə yanaşıldığından danışıb və rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün rayon sakinlərinin təşəkkürünü çatdırıb.

Mağaza sahibi Kamil Əsədov rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, marketdə 20 nəfər işlə təmin olunmuşdur.

Marketin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra rayon rəhbərliyi marketlə  tanış olub, burada satılan məhsullarla maraqlanıb.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında